"Qalatasaray" qış transfer pəncərəsinin hazırlıqlarına başlayıb.
Fanat.Az xəbər verir ki, Mbaye Diagnedən istədiyi performansı ala bilməyən məşqçilər korpusu rəhbərlikdən bir hücumçunun transferini istəyib. "Qalatasaray" rəhbərliyi artıq Əhməd Musa ilə danışıqlara start verib.
Oktyabrın 26-da Səudiyyə Ərəbistanın "Əl-Nəsr" klubu ilə müqaviləsi başa çatan və azad agent olan nigeriyalı ulduz həm sol cinahda, həm də hücumun mərkəzində oynaya bilir. "Qalatasaray" rəhbərliyi 28 yaşlı forvardı əldən buraxmamaq üçün indidən onunla ilkin müqavilə imzalamaq istəyir.
Qeyd edək ki, Əhməd Musa Avropaya 2011-ci ildə gəlib. Həminr vaxt Nigeriyanın "Kano Pillars" klubu onu Niderland təmsilçisi "Venlo"ya icarəyə verib. 2012-ci ildə futbolçu 5 milyon avroya Moskva ÇSKA-sına transfer olunub. 2016-cı ildə "Lester" onu 19,5 milyon avroya heyətiqə qatıb. 2018-ci ildə icarə əsasında yenidən ÇSKA-da çıxış edən Ahmed Musa həmin il 16,5 milyon avroya "Əl-Nəsr"ə keçib. 2010-cu ildən Nigeriya millisinə çağırılan hücumçu 93 oyunda 15 qol vurub.