"Dənizlispor" baş məşqçisi Robert Prosineçki ilə yollarını ayırır.
Fanat.Az xəbər verir ki, bu barədə "Fanatik" qəzeti məlumat yayıb.
Bildirilib ki, hazırda xorvatiyalı mütəxəssislə müqaviləyə xitam verilməsi üçün tərəflər arasında danışıqlar gedir. Rəsmi açıqlamanın yaxın vaxtlarda veriləcəyi gözlənilir.
Qeyd edək ki, Dənizli təmsilçisi bu mövsüm Prosineçkinin rəhbərliyi altında Super Liqada keçirdiyi 7 oyunda cəmi 1 qələbə qazanıb. 5 xalı olan kollektiv 21 komanda arasında 20-ci pillədə qərarlaşıb. Prosineçki 2014-2017-ci illərdə Azərbaycan millisinə başçılıq edib.