"Barselona"nın 29 yaşlı forvardı Martin Braytvayt Kataloniya təmsilçisində keçirdiyi 9 aydan sonra sabiq komandasına qayıda bilər.
Fanat.Az "Marca"ya (Marka) istinadən xəbər verir ki, İspaniya təmsilçisinin rəhbərliyi danimarkalı hücumçuyla vidalaşmaqda qərarlıdır.
Düzdür, oyunçu özü "Barsa"dan getmək istəmir. Ancaq ümidləri doğrultmayan ön xətt oyunçusuyla bağlı qərar verilib. O, böyük ehtimalla, sabiq komandası "Leqanes"ə icarəyə göndəriləcək.
Qeyd edək ki, Braytvayt bu ilin fevralında 18 milyon avro qarşılığında transfer edilib. Həmin vaxt Luis Suares və Usman Dembele kimi oyunçular zədəli olduğundan kataloniyalılar vəziyyəti sığortalamağa çalışmışdı.
Fanat.Az