İskonun atası və agenti Fransisko Alarkon oğlunun Madrid "Real"ını tərk etmək istədiyini bildirib.
Fanat.Az xəbər verir ki, "Cadena Ser" Alarkonun söylədiklərini belə çatdırıb:
"Hazırda real təklif almamışıq. Amma İsko özünü başqa liqada sınamaq istəyir. Hərçənd "Real"da qalsa, bu, onun üçün problem olmayacaq".
Daha öncə "Malaqa" və "Valensiya"da çıxış edən İsko 2013-cü ildən madridlilərin şərəfini qoruyur. Hücumameyilli yarımmüdafiəçinin "Real"la olan müqaviləsinin müddəti 2022-ci ilə qədərdir.
Fanat.Az