"Dənizlispor" baş məşqçisi Robert Prosineçki ilə yolları ayırıb.
Fanat.Az klubun rəsmi saytına istinadən xəbər verir ki, 51 yaşlı mütəxəssislə müqaviləyə qarşılıqlı razılıq əsasında xitam verilib.
"Xoruzlar" 2020/21 mövsümündə xorvatiyalı mütəxəssisin rəhbərliyi altında Super Liqadakı 8 oyunda cəmi 1 qələbə qazanıb. 5 xalı olan kollektiv 21 komanda arasında 20-ci pillədə qərarlaşıb.
Azərbaycan millisinə 2014-2017-ci illərdə rəhbərlik etmiş Robert Prosineçki cari mövsümün əvvəlində "Dənizlispor"a baş məşqçi təyin olunub.