Noyabrın 25-də ürəktutmasından dünyasını dəyişən Dieqo Maradona ölümündən əvvəl yıxılaraq başından xəsarət alıbmış.
Fanat.Az "Marca"ya istinadən xəbər verir ki, bunu əfsanəvi argentinalının keçmiş xanımı Veronika Oxedanın sevgilisi Mario Bodri deyib:
"Dieqo çarpayıdan yıxılmış və başının sağ tərəfi divara dəymişdi. Onlar bu zədədən sonra həkimə müraciət etmədilər".
Qeyd edək ki, Maradonanın ağ ciyərlərindəki problem üzündən iki dəfə böyüyən ürəyi çıxarılaraq araşdırmalar üçün saxlanılıb.
Fanat.Az