"Qalatasaray”ın heyətinə qatmaq istədiyi 3 futbolçunun adı açıqlanıb.
Fanat,Az xəbər verir ki, İstanbul klubu əvvəllər formasını geyinmiş yarımmüdafiəçilər - Jan Mişel Seri və Henri Onyekurunu geri qaytarmaq istəyir.
Məlumata görə, Henri Onyekuru ilə ilkin razılıq artıq əldə edilib. Futbolçunun klubu "Monako”ya da təklif göndərilib. "Qalatasaray" nigeriyalı oyunçunu 1,5 illik icarəyə götürmək istəyir.
"Fulhem”də əsas heyətə düşməkdə çətinlik çəkən Jan Mişel Seri ilə bağlı plan da eynidir. "Sarı-qırmızılılar” hər iki oyunçunun sözləşməsinə birdəfəlik transfer etmək bəndini əlavə etmək fikrindədi.
Baş məşqçi Fatih Terimin alınmasını istədiyi digər oyunçu isə "Fortuna”nın hücumçusu Kənan Karamandı. "Cim-Bom” almanlarla müqavilə müddəti mövsümün sonuna qədər olan 26 yaşlı forvardı yanvarda ucuz qiymətə almaq niyyətindədi.