Dortmund "Borussiya”sının hücumçusu Mukoko Çempionlar Liqasında rekord qırıb.
Fanat.Az xəbər verir ki, kamerunlu oyunçu bu uğura 6-cı turda "Zenit”lə matçda (2:1) forma şansı qazanaraq imza atıb. O, 16 yaş 18 günlüyündə görüşün 58-ci dəqiqəsində meydana çıxaraq ÇL tarixinin ən gənc futbolçusu olub.
Qeyd edək ki, Mukoko bu mövsümdən Dortmund klubunun əsas komandasına götürülüb. Afrikalı oyunçu Almaniya Bundesliqasının 8-ci turunda "Herta" ilə görüşdə əsas komandada debüt edib.
Fanat.Az