Özbəkistan çempionatının "Neftçi" - "Turan" oyunundan sonra kütləvi dava zamanı hakimi vuran meydan sahiblərinin futbolçusu Camşid Turakulov cəzalandırılıb.
Fanat.Az xəbər verir ki, Özbəkistan Futbol Federasiyası hücumçunu 10 il müddətinə futboldan kənarlaşdırılıb. Onun komanda yoldaşı Doston Toşmatov isə referinin köməkçilərinə qarşı aqressiv hərəkətə görə 10 oyunluq diskvalifikasiya olunub.
Həmçinin davada iştirak etmiş digər 3 oyunçunun futbolla bağlı fəaliyyətinə 1 illik qadağa qoyulub. Bundan başqa, klub təqribən 10 000 ABŞ dolları məbləğində cərimələnib. Komanda qarşıdakı 3 ev matçını azarkeşsiz keçirməli olacaq.
Qeyd edək ki, "Neftçi"nin 0:1 hesabı ilə uduzduğu oyundan sonra azarkeşlərin də iştirakı ilə kütləvi dava düşüb.