Braziliyanın "San Paulo" klubunun 20 yaşlı futbolçusu Brenner vurduğu qollarla Avropa nəhənglərinin maraq dairəsinə düşüb.
Fanat.Az xəbər verir ki, gənc futbolçu 4:0 hesabı ilə qalib gəldikləri matçda 2 qol vurub və bir məhsuldar ötürmə edib. Bu matdakı performansı və vurduğu qollarla diqqəti çəkən Brennerin yanvarda, ən pis halda isə gələn ilin yayında Avropanın böyük klublarından birinə transfer olunacağı bildirilir.
Hazırda "Transfermarkt"ın 1,3 milyon avro qiymət qoyduğu Brennerin müqaviləsindəki sərbəst qalma maddəsi 50 milyon avrodu. Artıq "Arsenal" və "Milan"ın gənc futbolçunun transferi ilə bağlı danışıqlara başladığı bildirilir. Onlar "San Paulo"ya 25 milyon avro təklif edib.
Qeyd edək ki, "San Paulo" bundan əvvəl Eder Militao, Luiz Arauyo, Tyaqo Mendes, David Neres və Qanso kimi ulduz futbolçuları Avropa klublarında satıb.
"San-Paulo" ilə 2022-ci ilin yayına qədər müqaviləsi olan Brenner bu mövsüm oynadığı 33 matçda 20 qol vurub və 4 məhsuldar ötürmə edib.