FIFA ilin ən yaxşı futbolçusu adına namizədlərin sayını 3-ə endirib.
Fanat.Az xəbər verir ki, bu ada "Yuventus"dan Kriştianu Ronaldu, "Bavariya"dan Robert Levandovski və "Barselona"dan Lionel Messi iddia edir.
Qapıçı nominasiyası üzrə mükafata əsas namizədlər sırasında Alisson Bekker ("Liverpul"), Manuel Noyer ("Bavariya") və Yan Oblak ("Atletiko") yer alıb.
Qeyd edək ki, "The Best" mükafatı dekabrın 17-də təqdim olunacaq. Tədbir onlayn formatda təşkil ediləcək.