FIFA "Ferents Puşkaş" mükafatına namizəd olan əsas qolları açıqlayıb.
Fanat.Az qurumun rəsmi saytına istinadən xəbər verir ki, 3 nəfərlik siyahıda İspaniya "Atletiko"sundan Luis Suares, İngiltərə "Tottenhem"indən Son Heung-Min və Braziliya "Flamenqo"sundan Corcian Arrasketanın qolları yer alıb.
Sauresin "Barselona"da çıxış edərkən La Liqada "Malyorka"ya, Son Heung-Minin Premyer Liqada "Bernli"yə, Arrasketanın isə Braziliya çempionatında "Seara"ya vurduğu qollar mükafata əsas namizəd göstərilib.
Qeyd edək ki, "The Best" mükafatı dekabrın 17-də təqdim olunacaq. Tədbir onlayn formatda təşkil ediləcək.