"Real"ın kapitanı Serxio Ramos qərarını verib.
Fanat.Az "Onda Cero" nəşrinə istinadən xəbər verir ki, "Kral Klubu"nun əfsanəsinə çevirilən kapitan komandadan ayrılmaq qərarına gəlib. Məlumata görə, PSJ-nin israrla istədiyi 34 yaşlı mərkəz müdafiəçisinə İngiltərə və İtaliyanın böyük klublarından da təkliflər var.
Qeyd edək ki, müqaviləsi 2021-ci ilin yayında başa çatacaq Ramos qış fasiləsində "Real"ın icazəsi olmadan başqa klublarla danışıqlara başlaya bilər. 2005-ci ildə "Sevilya"dan "Real"a 27 milyon avroya transfer olunan futbolçu indiyədək 22 kubok qazanıb.