"Yuventus"un prezidenti Andrea Anyelli klubun Paulo Dibalaya yeni müqavilə təklif etdiyini açıqlayıb.
Fanat.Az "Tuttosport"a istinadən xəbər verir ki, başqan belə danışıb:
"Onun "Yuventus"u sevdiyini və özünü klubda yaxşı hiss etdiyini eşitmək xoşdur. Dibalanın sevgisi qarşılıqlıdır. Biz onda komandanın gələcək kapitanını görürük. Pauloya əla şərtlər qarşılığında yeni anlaşma təklif etmişik. Səbirsizliklə cavabını gözləyirik".
Daha öncə mətbuatda Dibalanın klubunu dəyişmək istədiyi ilə bağlı informasiyalar yayılsa da, argentinalı oyunçu məlumatların doğru olmadığını bildirmişdi.
Dibala bu mövsüm ilk qolunu A Seriyasının 11-ci turunda 3:1 hesabıyla yendikləri "Cenoa"nın qapısına vurub.
Fanat.Az