Mövsümə uğursuz başlayan "Arsenal" "Emirates" stadionunda "Barnli"yə yenilərək 61 il sonra bir ilki yaşayıb.
Fanat.Az xəbər veri ki, Premyer Liqada sonuncu çempionluğunu 2003/04 mövsümündə qazanan London klubu 1959/60 mövsümündən sonra ilk dəfə ardıcıl 4 ev oyununda məğlub olub.
Qeyd edək ki, "Arsenal" 12 oyundan sonra 13 xalla 15-ci pillədə qərarlaşıb.