Lionel Messinin "Barselona"dan ayrılmaq istəməsi onun yeni klubu ilə bağlı müzakirələrin artmasına səbəb olub.
Fanat.Az xəbər verir ki, "El Chiringuito" argentinalı ulduzun PSJ ilə danışıqlar apardığını iddia edib. Nəşrin iddiasına görə, futbolçunun atası və meneceri Jorj Messi Qətər səfirliyindən PSJ rəsmiləri ilə görüşüb.
Lakin Jorj Messi iddianı təkzib edib: "Bu xəbər doğru deyil, tamamilə yalandı. Həmin vaxt mən Argentinada idim".