"France Football" nəşri tarixin ən yaxşı futbol hakimini müəyyənləşdirmək üçün sorğu keçirib.
Fanat.Az xəbər verir ki, sorğunun qalibi Pyerluici Kollina olub. İtaliyalı referi bu nominasiyada ingiltərəli Ken Aston və fransalı Mişel Votronu qabaqlayıb.
Qeyd edək ki, Kollina 1998/99 mövsümündə Çempionlar Liqasının, 2003/04 mövsümündə UEFA Kubokunun, 2002-ci ildə isə dünya çempionatının final matçlarını idarə edib. O, Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyasının (İFFHS) versiyası üzrə 6 dəfə dünyanın ən yaxşı referisi seçilib. 60 yaşlı mütəxəssis hazırda FIFA Hakimlər Komitəsinə rəhbərlik edir.
Onu da qeyd edək ki, tarixin ən yaxşı referisini "Qızıl top" mükafatının səsverməsində iştirak edən 140 nəfər jurnalistdən ibarət münsiflər heyəti müəyyənləşdirib.