13:44 17.12.2020 1208

Qazi respublika çempionu: “Gələnlərdən biri mayor idi...” - MÜSAHİBƏ

Fanat.Az İkinci Qarabağ savaşının iştirakçısı, qazi İman Məmmədovla müsahibəni təqdim edir.

İman Eyyub oğlu Məmmədov Bakı şəhər Nərimanov rayonunda anadan olub. Hazırda Goranboy rayonu Veyisli kəndində yaşayır. Azərbaycan Dövlət Aqrar üniversitetində təhsil alıb. Hərbi xidmətdən əvvəl 7 il güləş və qaydasız döyüş idman növləri ilə məşğul olub, respublika birincisidir. Həm mülki həyatda, həm də hərbi xidmətdə bayrağımızı qaldıran İman hərbi xidmətinin 4-cü ayında döyüşlərə qatılaraq, müharibənin 9-cu günündə qəhrəmanlıq göstərərək qazi olub.

- İman, qəzan mübarək. Necəsən, müalicən davam edir?
- Çox sağ ol.  Şükür Allaha, indi yaxşıyam, müalicəmi də evdə davam etdirirəm.

- Necə oldu yaralandın?
- Suqovuşan istiqamətində gedən döyüşlərdə düşmənin atdığı minamiyot qəlpəsi ilə.

- Neçə qəlpə yarası oldu, hardan yaralandın?
- 7 qəlpə yarası aldım. İlk atılan minamyotun qəlpələri sol və sağ ayağımın bud nahiyəsinə dəydi. Sol ayağım bud nahiyəsindən qırıldı. Sonrakı atılanlar isə sol qoluma, kürəyimə, bir də üzümə tuş gəldi.

- Yaralanma anı necə oldu, açıq sahə idi? Döyüş gedə-gedə, yoxsa qəfildən atıldı?
- Xeyr. Dağlıq ərazi idi. Bizə göstəriş verilən ərazini tutmalı idik. Həmin əraziyə yaxınlaşanda düşmənin raket zərbələri başladı. Döyüşə-döyüşə irəlilədik. Zərbələr ara vermirdi. Yenidən həmlə edərkən, qəfildən yanıma düşən minamiyot qəlpəsi ilə yaralandım.

- Yaralanandan sonra döyüş yoldaşların çıxartdı səni həmin an, yoxsa döyüş bitəndən sonra? Özündə idinmi, ümumiyyətlə?
- Təxmini, saat 5-6 radələrində yaralandım. Amma neytralda oldugum üçün 4 saatdan sora təxliyə edə bildilər. Neytralda olduğun müddətdə baş gizirimiz Aqil Həmzəyev mənə yaxınlaşdı, bir az apara bildi. Amma yaram ağır oldugu üçün tək çıxara bilmədi. Kömək çağırdılar. İki nəfər yenidən gəldi. Biri mayor idi. Deyəsən, kəşfiyyat rəisi idi. Onların köməkliyi ilə həmin ərazidən tamamən çıxarıldım.

- Başqa ərazilərdə döyüşmüşdün, yoxsa tək elə Suqovuşanda?
- Suqovuşan və Talış. Talış kəndi istiqamətində gedən döyüşlərdə arxa cəbhədə idik. Çünki bizim öz mövqeyimiz var idi və həmlə əmirini gözləyirdik.

- Xüsusi tabor idiniz deyə? Vəzifən nə idi?
- Xeyr. Sadəcə, hər taborun öz missiyası var idi. Biz də öz missiyamızı gözləyirdik. Vəzifəm isə qumbaraatan idi.

- Atdığın qumbaralardan ölən erməniləri təxmini sayını bilirsənmi? Ümumiyyətlə, üzbəüz erməni öldürdüyün oldumu?
- Xeyr, sayını bilmirəm. Döyüşlərimiz uzaq məsafədən oldugu üçün atdığım mərminin tam hədəfə dəydiyini görə bilmirdim həmin zaman. Amma bir xeyli erməni ölüb qumbaralarımdan.

- Döyüş bitəndən sonra da təxminən gedib görə bilmirdiniz? Məsələn, atdığın qumbaralar hansı əraziyə düşüb və orada nə qədər erməni əsgəri ölüb?
- Çox təəssüf ki, xeyr. Çünki Suqovuşan alınan günü mən yaralandım, öldürdüyümüz leşləri görmək mənə nəsib olmadı... Yaralandığım zaman artıq silah yoldaşlarım həmin ərazini almışdılar. Mən də ki məlum məsələ, təxliyyə olunmuşdum.

- Əsas odur, öldürdün. Haqqın danılmazdır. İman, ümumiyyətlə, döyüş sənə hansı hissləri verdi? Orda olduğun müddət bundan sonrakı həyatında necə bir dəyişiklik edəcək? Gəncsən, həyatında ilk dəfədir belə bir şey görürsən, ölümlə burun-buruna olub, yarı yoldan dönmüsən...
- Döyüş mənə qürür hissi verdi. Çünki 30 ilə yaxındır işğalda olan torpaqlarımızın azad olunması uğrunda gedən döyüşlərdə iştirak etdim. Orada məqsədimiz tarix yazmaq idi. Tarixə də qovuşa bilərdik, şəhadətlik zirvəsinə. Amma mənə qismət olmadı. Biz ora ölməyə yox, öldürməyə və şəhid olmağa getmişdik. Ölən ancaq erməni olar. Biz ölmərik.

- Bəs, indi necə, İman? İnsanıq. Kiçik də olsa təəssüf hissi varmı? Üzünə qəlpə dəyib, izi qalacaq, bədənində də. Heç düşünürsənmi niyə belə oldu, kaş olmazdı.
- Zərrəcə düşünmürəm. Torpaq uğrunda nəinki ayağımızdan, qolumuzdan, hətta canımızdan keçməyə belə hazırıq, hazır da olmalıyıq.

- Onda sənə ürəkdən təşəkkür edirik ki, canından, qanından keçməyə hazırsan, keçdin də. Bu gün sənə, sənin timsalında olan qazi, şəhidlərimizə görə qalibik. Hər şey üçün sağ olun.
- Siz sağ olun, Vətən sağ olsun!
Redexphoto
Oxşar xəbərlər

Xəbər lenti

18 May 2024
10:17

"Böyük futbolçular xüsusi klublarda oynamaq istəyirlər" -  Kilian Mbappe

09:47

Şahruddin 90+2-də əvəzləndi, komandası...

09:00

Həftəsonu oyunlar bu kanallarda - AFİŞA 

00:48

"Bunu heç xoş qarşılamadım" - Qurban Qurbanov

17 May 2024
23:31

"Hakimlər bu il yükü daşıya bilmədilər" - Ayxan Abbasov

22:48

UEFA Şahruddinin klubunu cəzalandırdı

22:15

MPL: Qol şousunu "Qarabağ" qazandı

20:42

"Yuventus" Alleqrini qovdu - RƏSMİ

20:22

Dubayda həbs olunan futbolçu azad edildi

19:35

Koutinyo vətəninə qayıdır

18:44

"Real"ın Mbappe üçün keçirəcəyi təqdimetmə mərasiminin vaxtı bilindi

18:11

"Traktor"un səhmləri satışa çıxarılır - Qərar verildi

17:50

AÇ-2024: Fransa Almaniyaya bu heyətlə gedəcək - SİYAHI 

17:23

Azərbaycan millisinin Gürcüstanla oyunları ləğv edildi

17:04

Mudrikin "Barselona" formasında paylaşımı gündəm oldu - FOTO

16:49

AFFA prezidenti Möllerlə görüşdü

16:31

“Qarabağ” akademiyasının komandaları Qətərdə toplanış keçəcəklər

16:13

"Siti" bu ölkənin indiyədək gördüyü ən yaxşı Premyer Liqa komandasıdır"

15:42

"Məşqçilər VAR-a baxılmasını tələb edə biləcəklər" - Canni İnfantino

15:24

"Danışıq apardıq, amma..." - Tuxel son nöqtəni qoydu

15:05

Azərbaycanın 2 boksçusu Rusiyada finala yüksəldi

14:49

Birinci Liqada mükafatlandırma mərasiminin vaxtı bilindi

14:36

PFL Azərbaycan çempionlarına veriləcək yeni kubok və medalları təqdim etdi - VİDEO

14:30

Robin Van Persi Erediviziya klubunu çalışdıracaq - RƏSMİ

14:12

Rəşad Sadıqov "Kəpəz"ə qarşı yalnız onu oynada bilməyəcək

13:56

Matip "Liverpul"dan gedir - RƏSMİ

13:38

BOK rus jurnalistlərə də qadağa qoydu

13:20

Alkantara Premyer Liqa nəhəngindən ayrıldı - Yeni klubu da bilinir

13:02

Qasperini "Atalanta"dan getməyə yaxındır - Danışıqlar başladı

12:44

"Mənim ən böyük motivasiyam..." - Ronaldu açıqladı

12:29

“Misli.az ilə Avropaya” – İlk tirajın nəticələri

12:28

XXXIV turun təyinatları açıqlandı

12:18

"Saatlı camaatına qələbə yaraşır" - "Araz Saatlı"nın baş məşqçisi 

12:00

Azərbaycan millisi 3-cü səbətdə

11:42

Naço "Real"ı İtaliya nəhənginə dəyişə bilər

11:05

Azərbaycanın 2 boksçusu finalda

10:46

Xavi üçün yubiley: Qvardiola ilə Enrikedən geri qaldı

10:27

Təbriz klubunu yarımfinala buraxmadılar

10:05

AFFA prezidenti Çeferinlə görüşdü

09:48

"Yurqorden"dən darmadağın - Musa hanı?

Facebookdan bizi izləməyi unutmayın.
X