İspaniya Super Kubokunun püşkü atılıb.
Fanat.Az xəbər verir ki, ötən yarışda olduğu kimi yenə 4 komanda mübarizə aparacaq.
Püşkün nəticəsinə əsasən, yarımfinal cütləri müəyyənləşib. Beləliklə, yanvarın 13-də "Real Sosyedad”la "Barselona” Kordobada, ertəsi gün isə "Real”la "Atletiko” Malaqada üz-üzə gələcək.
Qalib komandalar Sevilyadakı final oyununa vəsiqə əldə edəcək. Həlledici görüş yanvarın 17-də baş tutacaq.
Qeyd edək ki, İspaniya Super Kubokunun son qalibi finalda "Atletiko”nu penaltilər seriyası ilə məğlub edən "Real” olub.