İngilətər Futbol Asossiasiyası "Mançester Yunayted"in futbolçusu Edinson Kavanini cəzalandırıb.
Fanat.Az xəbər verir ki, buna səbəb uruqvaylı futbolçunun "Instagram"da azarkeşi təhqir etməsi olub.
Belə ki, azarkeş Kavaninin "Instagram" hesabında "Səni sevirəm, Matador!" yazıb. Futbolçunun ona cavabı isə "Təşəkkürlər negrito" (Təşəkkürlər qara) olub.
İngiltərə Futbol Asossiasiyası Kavaninin bu cavabını irqçilik kimi dəyərləndirib və onu 3 oyunluq cəzalandırıb.
Olayla bağlı danışan Kavani şərhini qısa zamanda sildiyini bildirərək "İnsanları incitmək ən son istəyəcəyim şeydi. İstifadə etdiyim kəlimənin hansı anlama gələcəyini düşünmədən hərəkət etmişəm" deyib.