FİFA-nın "feyr-pley" mükafatının sahibi müəyyənləşib.
Fanat.Az xəbər verir ki, nominasiyanın qalibi qurumun İsveçrənin Sürix şəhərindəki mənzil qərargahında baş tutan ən yaxşıların mükafatlandırılması mərasimində açıqlanıb.
Mükafata Mattia Aqnes layiq görülüb. "Ospedaletti” klubunun futbolçusu ədalətli oyun prinsiplərinə əməl etdiyi üçün mükafatlandırılıb. O, hava mübarizəsindən sonra ağır zədə alan rəqibinin həyatını xilas etdiyi üçün bu mükafata layiq görülüb.
Qeyd edək ki, 2019-cu ildə nominasiyanın qalibi İngiltərə "Lids”i və baş məşqçisi Marselo Byelsa olub.