"Real"ın əsas heyətində yerini itirən İsko Madrid klubunu tərk edir.
Fanat.Az goal.com-a istinadən xəbər verir ki, ispaniyalı yarımmüdafiəçi karyerasını İngiltərə Premyer Liqasında davam etdirməyə yaxındır.
Məlmata görə, "Arsenal"ın baş məşqçisi Mikel Arteta 28 yaşlı "10 nömrə"ni transfer siyahısına salıb. Artıq tərəflər arasında danışıqlar prosesi başlayıb. İsko böyük ehtimalla qışda Premyer Liqaya üz tutacaq.
Qeyd edək ki, 2013-cü ildə "Malaqa"dan "Real"a 30 milyon avroya transfer olunan İsko cari mövsümdə 10 rəsmi oyunda cəmi 345 dəqiqə oynayıb.