Türkiyə millisinin və "Şalke 04"ün üzvü Ozan Kabak "Milan"a transfer olunur.
Fanat.Az xəbər verir ki, bu barədə FIFA meneceri Getano Di Karo açıqlama verib.
Menecer bildirib ki, bununla bağlı artıq "Şalke 04" rəhbərliyi ilə görüşüb və "Milan" transferi bitirmək üzrədi: "Şalke 04"ün baş meneceri ilə görüşdüm. Bir müddətdi "Milan"la danışıqlar apardıqlarını bildirdi. Onlar İtaliya klubunun bu transferi reallaşdıracağına inanırlar. Ozanın "Milan"ın əfsanəsi Paolo Maldini və klubun idman direktoru Federik Massaranın ona olan marağına görə çox şad olub. "Şalke 04"ün çox borcu var və maliyyə vəziyyətlərini düzəltəmək üçün bəzi addımlar atmalıdılar. "Milan"ı təklifini rədd edə bilməyəcəklər. "Yuventus" da türk futbolçuya maraq göstərirdi, amma Ozan "Milan"ı istəyir. Bu transfer 23-25 milyon avroya baş tutacaq".
Qeyd edək ki, Ozan Kabak 2019-cu ilin yanvarında "Qalatasaray"dan "Ştutqart"a 11 milyon avroya transfer olunub. Həmin ilin yayında "Şalke 04" onu 15 milyon avroya heyətinə qatıb. Hazırda "Transfermarkt" 20 yaşlı mərkəz müdafiəçisinə 25 milyon avro qiymət qoyub.