Məhəmməd Salah "Liverpul"dan ayrıla bilər.
Fanat.Az xəbər verir ki, bu barədə veteran ingilis futbolçu Qari Nevill açıqlama verib.
"Salahın hər zaman "Liverpul"dan ayrılacağını düşünmüşəm. Hər zaman fərqli ölkədə özünü sınamaq istəyə biləcəyini firkirləşirdim. O, bunu yenidən edəcək və komandadan ayrılacaq. "Real", "Barselona", PSJ və başqa bir komanda onun ayrılacağını bildiyi üçün daim əlaqə saxlayırlar. Qarşıdakı 18 ayda hər şey dəqiqləşəcək. Yeni müqavilə imzalanmasa, mövcud müqavilənin bitməsinə icazə verməyəcəklər və Salahı satacaqlar" deyə Nevill bildirib.
Salahın Misir millisindəki keçmiş komanda yoldaşı Məhəmməd Abutrika da onunla bağlı açıqlama verib. Veteran futbolçu həmyerlisinin "Liverpul"da xoşbəxt olmadığını bildirib.
"Liverpul" isə misirli ulduzla yollarını ayırmaq istəmir. "Qırmızılar" futbolçunun 2023-cü ildə bitəcək müqaviləsini yeniləmək istəyir və maaşını artırmağı təklif edir. O, hələ təklifə cavab verməyib.
Qeyd edək ki, 2017-ci ildə "Roma"dan 42 milyon avroya transfer olunan Salah "Liverpul"da keçirdiyi 173 oyunda 110 qol vurub.