"Barselona"nın hücumçusu Lionel Messi heyran qaldığı idmançıların adlarını açıqlayıb.
Fanat.Az xəbər verir ki, siyahıda "Yuventus”un forvardı Kriştianu Ronaldu, tennisçilər Rafael Nadal və Rocer Federer, həmçinin basketbolçu LeBron Ceyms yer alıb.
"Bütün idman növlərində fərqlənən və işinə hər gün ayrıdığı diqqətə görə təqdirə layiq idmançılar var. Məsələn, futbolda Kristianu Ronaldu. Elələri çoxdur. Fərqlənən bütün idmançılara heyranam”, - Messi "La Sexta”ya verdiyi müsahibədə deyib.

Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol