Portuqaliyalı ulduz futbolçu Kriştianu Ronaldu daha bir ilkə imza atıb.
Fanat.Az xəbər verir ki, "Instagram”da izləyici sayı 250 milyonu ötən "Yuventus”un hücumçusu buna nail olan ilk adam olub.
İkinci sırada isə 214 milyon izləyicisi olan amerikalı müğənni Ariana Qrande yer alıb.
Qeyd edək ki, Ronaldunun rəqibi olan "Barselona”lı ulduz Lionel Messinin isə "Instagram”da 175 milyon izləyicisi var. Bir çox sorğuda 2020-ci ilin ən yaxşı futbolçusu seçilən "Bavariya"lı Robert Levandovskinin isə izləyici sayı 21 milyona yaxındır.
Fanat.Az