PSJ-nin transferdəki əsas hədəfi müəyyənləşib.
Fanat.Az "Sports Illustrated" nəşrinə istinadən xəbər verir ki, Paris klubunun yeni baş məşqçisi Maurisio Poçettino rəhbərlikdən "Mançester Siti"nin hücumçusu Serxio Aqueronun alınmasını istəyib.
Məlumatda bildirilir ki, Maurisio Poçettino həmyerlisini transfer siyahısının ilk pilləsinə yazıb. Hazırda "Barselona"nın da diqqət mərkəzində olan 33 yaşlı futbolçunun İngiltərədən ayrılmağa hazır olduğu bildirilir.
Qeyd edək ki, Aqueronun "Mançester Siti" ilə müqaviləsi bu ilin yayında başa çatacaq.
Fanat.Az

Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol