"Qalatasaray"a gəldiyi gündən zədə səbəbindən normal oynaya bilməyən Radamel Falkaonun klub rəhbərliyindən etdiyi tələb açıqlanıb.
Fanat.Az xəbər verir ki, klub rəhbərliyi yollarını ayırmaq üçün kolumbiyalı ulduzla masaya oturub. 31 may 2022-ci ilədək müqaviləsi olan Falkao rəhbərlikdən sözləşmənin sonunadək olan maaşının 65 faizini tələb edib. Beləliklə, 1,5 il ərzində 7,5 milyon avio maaş almalı olan futbolçu 4 milyon 875 min avro qarşılığında müqaviləsini pozmağa razıdı.
Klub rəhbərliyi hələ Falkaonun istəyinə cavab verməyib.
Qeyd edək ki, kolumbiyalı futbolçu cari mövsümdə cəmi 8 rəsmi matça çıxa bilib.