"Yuventus"un sabiq baş məşqçisi Massimilano Alleqri "Real"a rəhbərlik edə bilər.
Fanat.Az sport.es-ə istinadən məlumatına görə, "Kral Klubu"nun prezidenti Florentino Peres 54 yaşlı mütəxəssisin Turin təmsilçisindəki fəaliyyətini çox bəyənib.
Hazırda Madrid komandasına Zinəddin Zidan rəhbərlik edir. Daha əvvəl Alleqrinin "Roma"nın sükanı arxasına keçə biləcəyinə dair xəbərlər yayılıb.
Qeyd edək ki, "Real" La Liqada 19 oyundan 40 xalla 2-ci pillədə gedir. Turnir cədvəlinə isə ehtiyatda bir oyunu olan "Atletiko" 49 xalla başçılıq edir.