"Qalatasaray” heyətini yeni futbolçularla gücləndirib.
Fanat.Az xəbər verir ki, İstanbul təmsilçisi İngiltərənin "Nyukasl”ın sağ cinah müdafiəçisi Deandre Yedlinlə Portuqaliya "Benfika”sının yarımmüdafiəçisi Jedson Fernandeşin keçidini həll edib.
"Qalatasaray” bu transferlərlə bağlı rəsmi saytı vasitəsilə açıqlama da yayıb. İstanbul təmsilçisi hər iki futbolçu, eləcə də onların klubları ilə rəsmi danışıqlara start verildiyini bəyan edib. Hər iki futbolçu tezliklə İstanbula gələrək tibbi müayinədən keçəcək və rəsmi müqaviləyə imza atacaq.
Deandre Yedlin 2016-cı ildən "Nyukasl”da çıxış edir. 27 yaşlı sağ cinah müdafiəçisi karyerasına ABŞ-da başlasa da, 2014-cü ildən üz tutduğu İngiltərədə "Tottenhem” və "Sanderlend”in də uğurları üçün çalışıb. O, ABŞ yığmasında 62 oyun keçirib. Onun "Qalatasaray”la 3.5 illik müqavilə imzalayacağı bildirilir.
Jedson Fernandeş isə 1.5 illik icarəyə götürüləcək. Müqavilədə satınalma şərtinin olub-olmayacağı daha sonra açıqlanacaq.
"Benfika”nın öz yetirməsi olan Fernandeş 2018-ci ildən bu klubun əsas komandasında forma geyinir. 22 yaşlı yarımmüdafiəçini ötən mövsümün qış fasiləsi dönəmində "Tottenhem” icarəyə götürülmüşdü. Fernandeş Portuqaliyanın əsas millisində 2 rəsmi oyuna çıxıb.
Fanat.Az