Türkiyə millisinin və Almaniyanın "Şalke" komandasının futbolçusu Ozan Kabak İngiltərə "Liverpul"una keçib.
Fanat.Az Bundesliqa klubunun rəsmi saytına istinadən xəbər verir ki, 21 yaşlı müdafiəçi Mersisayd təmsilçisində cari mövsümün sonundadək icarə əsasında çıxış edəcək. Gənc oyunçu bu gün İngiltərəyə gedərək, rəsmi müqaviləyə imza atacaq.
Qeyd edək ki, "Şalke" ilə 2024-cü ilin yayınadək sözləşməsi olan Ozan Kabak daha əvvəl ölkəsində "Qalatasaray"ın da formasını geyinib.
Qeyd edək ki, Ozan Kabak 2019-cu ilin yanvarında "Qalatasaray"dan "Ştutqart"a 11 milyon avroya transfer olunub. Həmin ilin yayında "Şalke 04" onu 15 milyon avroya heyətinə qatıb. Hazırda "Transfermarkt"ın 25 milyon avro qiymət qoyduğu mərkəz müdafiəçisi cari mövsümdə Bundesliqada 14 oyun keçirib.