Türkiyə Super Liqasının XXIV turunda keçirilən "Fənərbağça” - "Qalatasaray” oyununun hakimləri açıqlanıb.
Fanat.Az xəbər verir ki, bu barədə TFF məlumat yayıb.
İstanbul derbisini FİFA referisi Cüneyt Çakır idarə edəcək.
Qeyd edək ki, fevralın 6-da keçiriləcək "Fənərbağça” – "Qalatasaray” matçı Bakı vaxtı ilə saat 20:00-da başlayacaq.
Fanat.Az