"Mançester Siti”nin futbolçusu Emerik Laport karyerasını İspaniyada davam etdirə bilər.
Fanat.Az xarici KİV-ə istinadən xəbət verir ki, fransalı müdafiəçinin "Real”a keçmək şansı var. Madridlilər 26 yaşlı futbolçunu heyətinə qatmaqda maraqlıdı. Paytaxt təmsilçisi komandadan gedəcəyi gözlənilən kapitan Serxio Ramosu Laportla əvəzləmək istəyir.
Qeyd edək ki, Emerik Laport "Mençester Siti"yə 2018-ci ilin yayında "tletik"dən 65 milyon avroya transfer olunub. Müdafiəçi cari mövsümdə 14 oyun keçirib və 1 qol vurub.