44 yaşlı uruqvaylı futbolçu Sebastian Abreu karyerasını bitirmək istəmir.
Fanat.Az xəbər verir ki, 27 ildi peşəkar futbolla məşğul olan uruqvaylı forvard karyerasının 31-ci transferini gerçəkləşdirib.
Son olaraq Uruqvayın "Sud Amerika" klubu ilə anlaşan Abreu "İlk günkü kimi həyacanlıyam. Mən futbol üçün doğulmuşam. Bəlkə yenidən Uruqvay millisinin formasını geyinərəm" deyib.
Abreu 31-ci transferi ilə ən çox klub dəyişdirən futbolçu olub.
Qeyd edək ki, uruqvaylı forvard karyerası ərzində "Defensor", San Lorenzo", "Deportivo La Koruna", "Qremio", "Nasional", "Kruz Azul", "Amerika de Kali", "Tekos", "Sinaloa", "Monterrey", "San Luis", UANL, "River Pleyt", "Beytar Yerusəlim", "Real Sosyedad", "Aris", "Botafoqo", "Fiqueyrense", "Rosario Sentrali Aukas", "Sol de Amerika", "Sante Tesla", "Banqu", "Sentral Espanol", "Puerto Montt", "Audaks İtaliano", "Maqallanes", "Rio Branko", "Boston River", "Atletik Klub-MG" və "Sud Amerika" klublarında çıxış edib.
O, 1996-2012-ci illərdə Uruqvay millisində 70 oyun keçirərək 26 qol vurub.