"Yuventus"un baş məşqçisi Massimiliano Alleqri ilə bağlı yeni informasiya yayılıb.
Fanat.Az-ın məlumatına görə, "La Repubblica" 2019-cu ildə baş məşqçi postunu tərk edən Alleqrinin istefadan öncə klub prezidentinə məsləhət verdiyini açıqlayıb.
Mənbə mütəxəssisin Andrea Anyelliyə "Kriştianu Ronaldudan qurtulmaq lazımdı. Portuqaliyalı klubun və komandanın inkişafına mane olur" söylədiyini vurğulayıb.
Xatırladaq ki, Alleqri "Yuve"dən ayrılandan bəri işsizdir. 2014-2019 aralığında Turin komandasının baş məşqçisi olan çalışdırıcı turinlilərlə 5 dəfə İtaliya çempionu olub, 4 dəfə İtaliya Kubokunu və Superkubokunu qazanıb. O, "qoca sinyora"nı 2 dəfə Çempionlar Liqasının finalına da çıxarsa da, hər iki həlledici matçda yenilib.