09:41 18.06.2021 600

Avropa çempionatı: Boksçumuz ermənini məğlub etdi

İtaliyanın Rozeto-deli-Abrutstsi şəhərində 22 yaşadək boksçular arasında Avropa çempionatına start verilib.
 
Fanat.Az Boks Federasiyasının rəsmi saytına istinadən xəbər verir ki, 41 ölkənin qatıldığı yarışın ilk günü Azərbaycan millisinin üzvləri üçün uğurlu alınıb. Rinqə çıxan 4 boksçumuzun hər biri mərhələ adlayıb.

60 kq çəki dərəcəsində mübarizə aparan Cəlal Qurbanov 1/16 final mərhələsində macarıstanlı İstvan Bundovçsə 5:0 (29:26, 28:27, 28:27, 28:27, 29:26) hesabı ilə qalib gəlib. O, növbəti döyüşündə ermənistanlı Jorjik Marutyanla qarşılaşacaq. Görüş iyunun 19-da olacaq.

Ruslan Rüstəmovun (64 kq) Uça Jorjoliani (Gürcüstan) ilə qarşılaşması daha gərgin alınıb. 3:2 (28:26, 26:28, 26:28, 27*:27, 27*:27) hesabı ilə qələbə qazanan boksçumuz 1/8 finala yüksəlib. O, bu gün rusiyalı Maqomed Şamsayevlə üz-üzə gələcək.

Sərxan Əliyev (69 kq) Patriot Behramini (Kosovo) mübarizədən kənarlaşdırıb. Rəqibini 5:0 (30:27, 30:26, 30:26, 30:27, 30:27) hesabı ilə məğlub edən təmsilçimiz 1/8 finalda ukraynalı Maksim Molodanla döyüşəcək. Görüş iyunun 19-da baş tutacaq.

Mirəşrəf Kazımzadə (75 kq) isə Arşak Yelizbaryana (Gürcüstan) şans verməyib. Həmyerlimiz erməni əsilli rəqibini 3:0 (28:28, 29:27, 29:27, 28:27, 28:28) hesabı ilə məğlub edib. Kazımzadə bu gün 1/8 finalda macarıstanlı Robert Cservenka ilə üz-üzə gələcək.

Qeyd edək ki, yığmamızın 7 boksçu ilə təmsil olunduğu yarışda final görüşləri iyunun 24-də olacaq. 320 min mükafat fondu olan çempionatın qalibi 8 min, gümüş medalçısı 4 min, 3-cü yerin sahiblərinin hərəsi 2 min dollar qazanacaq.İtaliyanın Rozeto-deli-Abrutstsi şəhərində 22 yaşadək boksçular arasında Avropa çempionatına start verilib. 41 ölkənin qatıldığı yarışın ilk günü Azərbaycan millisinin üzvləri üçün uğurlu alınıb. Rinqə çıxan 4 boksçumuzun hər biri mərhələ adlayıb.

60 kq çəki dərəcəsində mübarizə aparan Cəlal Qurbanov 1/16 final mərhələsində macarıstanlı İstvan Bundovçsə 5:0 (29:26, 28:27, 28:27, 28:27, 29:26) hesabı ilə qalib gəlib. O, növbəti döyüşündə ermənistanlı Jorjik Marutyanla qarşılaşacaq. Görüş iyunun 19-da olacaq.

Ruslan Rüstəmovun (64 kq) Uça Jorjoliani (Gürcüstan) ilə qarşılaşması daha gərgin alınıb. 3:2 (28:26, 26:28, 26:28, 27*:27, 27*:27) hesabı ilə qələbə qazanan boksçumuz 1/8 finala yüksəlib. O, bu gün rusiyalı Maqomed Şamsayevlə üz-üzə gələcək.

Sərxan Əliyev (69 kq) Patriot Behramini (Kosovo) mübarizədən kənarlaşdırıb. Rəqibini 5:0 (30:27, 30:26, 30:26, 30:27, 30:27) hesabı ilə məğlub edən təmsilçimiz 1/8 finalda ukraynalı Maksim Molodanla döyüşəcək. Görüş iyunun 19-da baş tutacaq.

Mirəşrəf Kazımzadə (75 kq) isə Arşak Yelizbaryana (Gürcüstan) şans verməyib. Həmyerlimiz erməni əsilli rəqibini 3:0 (28:28, 29:27, 29:27, 28:27, 28:28) hesabı ilə məğlub edib. Kazımzadə bu gün 1/8 finalda macarıstanlı Robert Cservenka ilə üz-üzə gələcək.

Qeyd edək ki, yığmamızın 7 boksçu ilə təmsil olunduğu yarışda final görüşləri iyunun 24-də olacaq. 320 min mükafat fondu olan çempionatın qalibi 8 min, gümüş medalçısı 4 min, 3-cü yerin sahiblərinin hərəsi 2 min dollar qazanacaq.

Fanat.Az 
Redexphoto
Oxşar xəbərlər

Xəbər lenti

18 May 2024
11:13

Azərbaycanın 5 güləşçisi Avropa çempionatının finalında

10:50

Ronaldu yeni rekorda imza atdı

10:17

"Böyük futbolçular xüsusi klublarda oynamaq istəyirlər" -  Kilian Mbappe

09:47

Şahruddin 90+2-də əvəzləndi, komandası...

09:00

Həftəsonu oyunlar bu kanallarda - AFİŞA 

00:48

"Bunu heç xoş qarşılamadım" - Qurban Qurbanov

17 May 2024
23:31

"Hakimlər bu il yükü daşıya bilmədilər" - Ayxan Abbasov

22:48

UEFA Şahruddinin klubunu cəzalandırdı

22:15

MPL: Qol şousunu "Qarabağ" qazandı

20:42

"Yuventus" Alleqrini qovdu - RƏSMİ

20:22

Dubayda həbs olunan futbolçu azad edildi

19:35

Koutinyo vətəninə qayıdır

18:44

"Real"ın Mbappe üçün keçirəcəyi təqdimetmə mərasiminin vaxtı bilindi

18:11

"Traktor"un səhmləri satışa çıxarılır - Qərar verildi

17:50

AÇ-2024: Fransa Almaniyaya bu heyətlə gedəcək - SİYAHI 

17:23

Azərbaycan millisinin Gürcüstanla oyunları ləğv edildi

17:04

Mudrikin "Barselona" formasında paylaşımı gündəm oldu - FOTO

16:49

AFFA prezidenti Möllerlə görüşdü

16:31

“Qarabağ” akademiyasının komandaları Qətərdə toplanış keçəcəklər

16:13

"Siti" bu ölkənin indiyədək gördüyü ən yaxşı Premyer Liqa komandasıdır"

15:42

"Məşqçilər VAR-a baxılmasını tələb edə biləcəklər" - Canni İnfantino

15:24

"Danışıq apardıq, amma..." - Tuxel son nöqtəni qoydu

15:05

Azərbaycanın 2 boksçusu Rusiyada finala yüksəldi

14:49

Birinci Liqada mükafatlandırma mərasiminin vaxtı bilindi

14:36

PFL Azərbaycan çempionlarına veriləcək yeni kubok və medalları təqdim etdi - VİDEO

14:30

Robin Van Persi Erediviziya klubunu çalışdıracaq - RƏSMİ

14:12

Rəşad Sadıqov "Kəpəz"ə qarşı yalnız onu oynada bilməyəcək

13:56

Matip "Liverpul"dan gedir - RƏSMİ

13:38

BOK rus jurnalistlərə də qadağa qoydu

13:20

Alkantara Premyer Liqa nəhəngindən ayrıldı - Yeni klubu da bilinir

13:02

Qasperini "Atalanta"dan getməyə yaxındır - Danışıqlar başladı

12:44

"Mənim ən böyük motivasiyam..." - Ronaldu açıqladı

12:29

“Misli.az ilə Avropaya” – İlk tirajın nəticələri

12:28

XXXIV turun təyinatları açıqlandı

12:18

"Saatlı camaatına qələbə yaraşır" - "Araz Saatlı"nın baş məşqçisi 

12:00

Azərbaycan millisi 3-cü səbətdə

11:42

Naço "Real"ı İtaliya nəhənginə dəyişə bilər

11:05

Azərbaycanın 2 boksçusu finalda

10:46

Xavi üçün yubiley: Qvardiola ilə Enrikedən geri qaldı

10:27

Təbriz klubunu yarımfinala buraxmadılar

Facebookdan bizi izləməyi unutmayın.
X