14:34 08.07.2021 1437

“Neftçi” hələ "bişməlidir” - Arif Əsədov

"Neftçi” Gürcüstan çempionunu ustalıq hesabına üstələdi. Təmsilçimiz növbəti mərhələyə yaxın olsa da, cavab oyunu asan keçməyəcək”.
 
Bu fikirlər Çempionlar Liqasının birinci təsnifat mərhələsi çərçivəsində baş tutan "Dinamo” Tbilisi – "Neftçi” qarşılaşmasını Fanat.Az-a şərh edən Azərbaycan millisinin məşqçisi Arif Əsədova məxsusdur. 

Dünən Tbilisi şəhərindəki Boris Payçadze adına "Dinamo Arena”da keçirilən oyunu izləmək üçün Gürcüstana yollanan Əsədov "Neftçi”dəki çatışmazlıqları sadaladı: "Gürcüstan çempionunun əsasən gənc yerli oyunçulardan qurulduğunu nəzərə alsaq, onların "Neftçi”yə bu qədər çətin anlar yaşatması bir qədər gözlənilməz oldu. Onlar çox istəkli və hərəkətli idi. Bu da başadüşüləndi: həm evdə oynayırdılar, həm də formadadırlar. Çünki Gürcüstan çempionatı hazırda davam edir, mövsümün qızğın vaxtıdır. Həm də "Dinamo”da Kaxaber Tsxadadzenin "əl işi” görünür.

"Neftçi”yə gəlincə, komandada ustalıq səviyyəsi yüksək olan futbolçular yer alır. Emin Mahmudovun, Sezar Meza Kollinin, Namiq Ələsgərovun və digərlərinin adını çəkə bilərəm. Ancaq bu dəfə hiss olunurdu ki, komanda, o cümlədən, ayrı-ayrı futbolçular oyun planında "axsayır”. Mahmudov ağır görünürdü. Meza Kolli müdafiə fazasında geri qalırdı, köməyə qayıtmırdı, bu səbəbdən Buqrinlə Mahmudova çox yük düşürdü. Mert Çelik pis təsir bağışlamasa da, təcrübəsizliyi hiss olunurdu. Xüsusilə ilk hissədə problemlər qabarıq görünürdü. Samir Abasovun fasilədə verdiyi tapşırıqlardan sonra komanda nisbətən daha inamlı təsir bağışladı. Ümumiyyətlə, komanda hələ bişməyib. Mövsümün sonunda heyətdən gedənlər olub, yeni gələnlər var. "Daşların yerinə oturması” üçün zamana ehtiyac var və Samir Abasovun üzərinə böyük yük düşür”.  

Millinin məşqçisi cavab oyunu ərəfəsində arxayınlaşmamağı tövsiyə edir: "Əsas nəticə idi, "Neftçi” istədiyini əldə edib. Ancaq əvvəl səfərdə qazanılan 2:1-lik qələbə böyük üstünlük sayılırdı. Ancaq UEFA-nın məlum yeni qərarından sonar səfər qollarının önəmi azalıb. Əsas odur ki, ilk görüşdə əldə olunan qələbəni ikinci oyunda qoruya biləsən. "Neftçi”ni şanslı tərəf saysam da, komanda arxayınlaşmamalıdır. İlk oyundakı səhvlərdən nəticə çıxarmaq və oyunu daha da təkmilləşdirmək lazımdır. Yenə əsas məsuliyyət liderlərin üzərinə düşəcək”.

Arif Əsədovu milli üzvlərinin avrokubok mövsümünün startındakı çıxışı razı salıb: "Hazırlıq dönəmi olduğunu nəzərə alsaq, ayrı-ayrı oyunçuların formada olmaması başadüşüləndir. Buna baxmayaraq, Emin Mahmudov, Namiq Ələsgərov, Aqil Məmmədov, hətta Mert Çelik də özünü yaxşı tərəfdən göstərə bildi. Sevindiricidir ki, hər iki qolu yerli futbolçular vurdu. Namiq üçün asan epizod deyildi. Həm cərimə meydançasından kənarda idi, həm də üzbəüz deyildi. Amma vəziyyəti gözəl dəyərləndirib topu ustalıqla qapıdan keçirdi. Emin ilk epizodda penaltidən yararlana bilməsə də, təkrar vuruşda soyuqqanlılıqla qələbə topunu vurdu. Mahir Emrelinin də "Legia”da debütünü dublla qeyd etməsi millinin məşqçilər korpusunu sevindirməyə bilməz”.

Milli komandanın məşqçilər korpusu digər avrokubok təmsilçilərimizin də oyunlarını izləyəcək, həmçinin, premyer-liqaya hazırlaşan klubları da diqqətdə saxlayacaq: "Baş məşqçimiz Canni De Byazi hazırda İtaliyadadır, ancaq bütün klublarımızı diqqətdə saxlayır. "Neftçi” və "Qarabağ”ın hazırlıqlarını şəxsən izləyib. Eyni zamanda, bizə də tapşırıqlarını verir. Məsələn, sabah BOS-da yoxlama oyununu izləyəcəyik, "Keşlə” ilə "Səbail” qarşılaşacaq. PFL-dən oyunlarla bağlı siyahı alınıb, ona görə plan qurmuşuq. Qarşıdakı avrokubok oyunları ilə bağlı planlar bir-iki günə açıqlanacaq”.

Mirağa


Redexphoto
Oxşar xəbərlər

Xəbər lenti

16 May 2024
20:30

41 ildən sonra ÇL-ə çıxan klub PSJ-nin oyunçusu ilə güclənir

19:10

Çempionluğun taleyi son tura qaldı

18:45

"Mançester Siti"nin əsas qapıçısı sıradan çıxdı

18:17

"Turan Tovuz" "Qarabağ"la oyuna 2 itki ilə çıxacaq 

17:55

"Kroos "Qızıl top" uğrunda mübarizə aparmalıdır" - Ançelotti 

17:42

"Turan Tovuz"un şikayəti təmin edilmədi

17:13

"Zibil, səni harada tapacağımı bilirəm" - Alleqri özündən çıxdı

16:44

Mudrik yayılan xəbərləri təsdiqlədi: "Bu, oyunun bir hissəsidir"

16:39

Xesus Navas gedir

16:21

Duarte "Kruzeyro"ya keçir? - Agenti açıqladı

16:04

AÇ-2024: Almaniya millisinin heyəti açıqlandı

15:46

Azərbaycan millisi Yaponiyadakı dünya çempionatında iştirak edəcək

15:28

Qnabri AÇ-2024-ü kənardan izləyəcək - SƏBƏB

15:10

La Liqa klubundan qeyri-adi addım: Oyunu qapıçısına qurban verdi

14:51

Andrey Lunyov "Qarabağ"ı paytaxt klubuna dəyişə bilər

14:33

"Onlar favoritdilər, AÇ-ni artıq kağız üzərində qazanıblar"

14:18

"Karvan" - "Mingəçevir" oyunu illərin derbisidir" - Qabonlu Ondo

13:59

İbrahimoviç məşhur boksçuya səsləndi: "Sənə özün olmağı arzulayıram"

13:40

Harri Keyn Almaniyada mükafat qazandı

13:21

AFFA rəsmisi Elxan Məmmədovla eyni iclasda

13:04

AFFA "Qarabağ", "Sabah", "Sumqayıt" və "Kəpəz"i cərimələdi, "Zirə"yə xəbərdarlıq olundu

12:45

Mərkəzi oyun FİFA referisinə tapşırıldı

12:29

Palmer Lemparda çatdı, daha bir rekorda şərik oldu

12:08

"İstirahətə ehtiyac var" - "Kəpəz"in kapitanı

11:50

"Yuventus" kubok qazanan Alleqrini qovacaq - SƏBƏB

11:30

Azərbaycanın 11 boksçusu yarımfinala yüksəldi

11:11

"Arsenal" 75 milyonluq hücumçu alır

10:50

Nigeriyalı forvardı Bundesliqada ən yaxşı seçdilər

10:31

Azərbaycan millisi Mərkəzi Asiyanın Açıq Çempionatında iştirak edəcək

10:12

Tuxel "Bayern"də  qalacaq - Yalnız bir tələbi var

09:50

Həftəiçi oyunlar bu kanallarda - AFİŞA 

09:26

“Mançester Yunayted”in mənə ehtiyacı yoxdursa, gedəcəyəm" - Brunu Fernandeş

09:00

Alleqri İtaliya futbolunun tarixinə düşdü - Rekord

02:18

"Atletiko"ya Qrizmann təkbaşına qələbə qazandırdı

02:09

PSJ-dən çətin qələbə, "Olimpik Marsel" uduzdu

01:57

İtaliya Kubokunun qalibi bəlli oldu

01:24

"Mançester Yunayted"lə "Çelsi"dən çətin qələbə

15 May 2024
22:44

Ukrayna Kubokunun qalibi bilindi

20:00

Sadio Mane Avropaya qayıdır - Yeni klubu bilindi

19:20

Ərəblər İstanbul nəhənginə fantastik maaş təklif etdi - MƏBLƏĞ

Facebookdan bizi izləməyi unutmayın.
X