Azərbaycan cüdoçularının ikinci qrupu da Tokioya gedib.
Fanat.Az xəbər verir ki, Məmmədəli Mehdiyev, Zelim Kotsoyev, Uşanqi Kokauri və qadınların yarışındakı təmsilçimiz Aişə Qurbanlı bu gün Olimpiya Oyunlarının keçiriləcəyi Yaponiya paytaxtına yola düşüb.
Qeyd edək ki, Kəramət Hüseynov, Orxan Səfərov, Rüstəm Orucov və Murad Fətiyevin olduğu ilk qrup iyulun 14-də Tokioya yola salınmışdı.
Sahib Əsədbəyli