10:15 14.07.2021 829

"Dünya çempionatına getsəydim, medalla qayıdacaqdım" - Məmmədəli Mehdiyev

Cüdo millimizin üzvü Məmmədəli Mehdiyev Fanat.az-a müsahibə verib. 90 kiloqram çəki dərəcəsində Tokio-2020-də mübarizə aparacaq 28 yaşlı cüdoçu dünya çempionatını buraxması, reytinqdə geriləməsi və Olimpiya çempionunun onu qızıl"a əsas namizəd qismində görməsi barədə danışıb.

- İyunun əvvəlində dünya çempionatında iştirak edəcəyiniz gözlənilirdi, ancaq son qərar fərqli oldu. Niyə getmədiniz?

- Mən güləşmək istəyirdim. Məşqçilər heyəti qərara gəldi ki, mümkün zədədən qorunmağım üçün getməyim. Çox inanırdım ki, getsəydim, ordan ən azından medalla qayıdacaqdım. Yarışı izləyəndə ürəyim partlayırdı. Ancaq neyləmək olar, əsas Olimpiadadır. Dünya çempionatı hər il olur, amma Olimpiya Oyunları nadir şansdır.

- 90 kiloqramın son iki dünya çempionunu üst-üstə 6 dəfə udmusunuz. Bu və yaponiyalı idmançılarla görüşlərdəki statistika sizinlə bağlı ümidləri artırır. Ancaq Nikoloz Şerazadişvili ilə son vaxtlar döyüşləriniz yaxşı alınmır. Sizcə, səbəb nədir?

- Onunla son görüşlərdəki məğlubiyyətlər öz səhvim ucbatından olub. Həmin səhvlər üzərində çox işləmişəm. Bir də qarşılaşsaq, ona elə bir imkan verməyəcəyəm. Ancaq etiraf eləmək lazımdır ki, o da çox artırıb. Son üç dünya çempionatının ikisində qalib olması gücündən xəbər verir.

- Uzun müddət ilk "səkkizlik"dəydiniz. Martdan bu yana yarışlara qatılmamağınız reytinqinizə təsir edib. Bu baxımdan narahatığınız var?

- Əlbəttə. "Səkkizlik"də olanda adam rahat olur,  liderlərdən kiminlə hansı mərhələdə üz-üzə gələcəyini əvvəlcədən bilib, hazırlığını görürsən. Dünya çempionatında iştirak etməyi ən çox da reytinqdəki mövqeyimi yaxşılaşdırmaq üçün istəyirdim. 

- Olimpiya çempionu Nazim Hüseynov saytımıza açıqlamasında sizi Zelim Kotsoyevlə birgə Olimpiadada qızıl medala ən real iki namizəddən biri hesab etmişdi. Ondan belə bir fikir gözləyirdiniz?

- Elə düşünürsə, çox sağ olsun. Məncə, Nazim müəllim Zelimlə mənim döyüş tərzimi öz fəlsəfəsinə daha yaxın hesab edir. Ona görə bizi deyib.

- Ayın 18-də yola düşürsünüz. Səfər öncəsi əhval-ruhiyyə necədir?

- İlk Olimpiadam olmasa da, həyəcan çoxdur. Rioda üzərimdə elə bir diqqət yox idi, rahatıydım. İndi hamı medal gözləyir. Ətrafımdakı insanlar, doğmalarım məndən də çox həyəcan keçirirlər.
 
Sahib Əsədbəyli
Redexphoto
Oxşar xəbərlər

Xəbər lenti

20 May 2024
20:15

Dieqo Simeone özünü tənqid etdi: "Mən bunu bacarmadım"

19:30

Braziliya millisinin "1 nömrə"si "Amerika Kuboku"nu buraxacaq

19:16

"Beşiktaş"ın futbolçusu silahlı hücuma məruz qaldı

18:44

Remsdeyl "Arsenal"ı tərk edəcək, İngiltərəni yox

18:02

AÇ-2024: 38 yaşlı Modriç milliyə çağırıldı

17:43

Azərbaycan çempionatlarında pley-off oyunlarının vaxtı açıqlandı

17:21

Almaniya Bundesliqasının ən yaxşı oyunçusu bilindi

17:03

Azərbaycan millisi Qazaxıstan, Türkiyə və Moldova ilə qarşılaşacaq

16:45

"Mənim hansısa problemim olubsa..." - Salah Kloppdan danışdı

16:27

"Sumqayıt" - "Qəbələ" matçına giriş pulsuz olacaq

16:02

Azərbaycan cüdoçusu dünya çempionatında finala yüksəldi

15:48

"Üzgünəm, səylərimiz kifayət etmədi" - Mikel Arteta

15:30

"Mançester Yunayted"də ten Haqı bu iki məşqçidən biri əvəz edəcək - ADLAR

15:12

"Ançelotti həmişə vaxtımın gələcəyini deyirdi" - Arda Güler

14:55

"Sabah" U-17 liqasının qalibi oldu - VİDEO

14:38

Salibadan unikal nəticə - İPL tariixndə beləsi olmamışdı

14:20

"Sabah" Antalyada çempion oldu

14:03

Sesenyon "Tottenhem"dən ayrılır - Yeni mövsümə harada başlayacaq?

13:40

Klopp "Liverpul"dakı varisini belə açıqladı - VİDEO

13:18

Peşəkar Çövkən Liqasının püşkü atılıb

13:01

"Real"ın ulduzu sıradan çıxdı - ÇL-in finalında oynamayacaq

12:43

"Onlar bizi məğlub etmək istəmirdilər" - Rodri

12:24

Region Liqasının bürünc mükafatçısı II Liqanı arzulayır: "Nəticələrimiz göz qabağındadır"

12:06

"Brayton"dan ayrılan De Dzerbi gələcəyi barədə danışdı

11:49

Foden rekorda imza atdı

11:31

Həftəiçi oyunlar bu kanallarda - AFİŞA 

11:10

"Neftçi" 50-yə çatdı

10:54

Çövkən Liqasında iştirak edəcək 10 komanda bilindi

10:38

27 ilin rekordu

10:19

İngiltərə nəhəngi "Bayer"in futbolçusunu transfer edir - 60 milyona 

09:57

DÇ: Azərbaycanın daha 4 cüdoçusu mübarizəyə başlayır

09:35

“Sabah”dan vacib qələbə, “Qəbələ” dayanmaq istəmir – Tura baxış

09:10

Mbappenin qardaşı da "Real Madrid"ə keçəcək? - Aydınlıq gəldi

19 May 2024
23:14

"Mançester Yunayted" son 34 ildə bu günə düşməmişdi

21:30

"Mançester Siti" İPL-in qalibi oldu - Bu, tarixi rekorddur

20:54

Rafinya Xavinin qardaşını təhqir etdi

19:40

Emiliya-Romanya Qran-prisinin qalibi bilindi

19:11

"Bayer Leverkuzen"dən tarixi ilk

18:40

Kaxaber Tsxadadze "Araz-Naxçıvan" üzərində qələbəni şərh etdi

18:15

"Qəbələdə özümü rəqib kimi hiss etmədim" - Elmar Baxşıyev 

Facebookdan bizi izləməyi unutmayın.
X