"Rizəspor” heyətini yeni futbolçu ilə gücləndirib.
Fanat.Az Superliqa klubunun saytına istinadən xəbər verir ki, braziliyalı yarımmüdafiəçi Ronaldo Mendes heyətə qatılıb.
Bu barədə klubun mətbuat xidməti məlumat yayıb. 28 yaşlı futbolçu ilə 2 illik müqavilə imzalanıb.
Ronaldo Mendes son olaraq Birləşmiş Ərəb Əmirliklərinin "Əl Vasl” klubunda çıxış edib. O, 2016-cı ildən bu klubun uğurları üçün çalışırdı. Futbolçu əvvəllər "Santos”, "Korintians” kimi klubların da formasını geyinib.