İyulun 14-dən Gürcüstanda təlim-məşq toplanışında olan "Sabah” iki həftəlik hazırlığını başa vuraraq, vətənə dönüb.
Fanat.Az xəbər verir ki, komanda üzvlərinə iki günlük istirahət verilib. "Sabah” çempionata hazırlığın son mərhələsi üçün məşqlərini avqustun 1-də bərpa edəcək.
Masazır klubunun düşərgəsində baxışda olan iki futbolçu - sol vinger mövqeyində çıxış edən İldar Ələkbərov və gürcü hücumçu Mixail Ergemlidze də komandadan ayrılıb.
Klubun mətbuat xidmətinin rəhbərinin Elnur Həmidov saytımıza açıqlamasında Ələkbərovla Ergemlidzenin taleyinə qarşıdakı günlərdə aydınlıq gələcəyini bildirib: "Sözügedən futbolçularla bağlı hələ ki qərar verilməyib. Qarşıdakı günlərdə komandanın düşərgəsinə qatılmaları məşqçilər heyətinin verəcəyi qərardan asılı olacaq. Komanda məşqlərini avqustun 1-də bərpa edəcək”.
Qeyd edək ki, həm İldar Ələkbərov, həm də Mixail Ergemlidze "Sabah”ın toplanış çərçivəsində baş tutan son iki yoxlama matçında - "Telavi” və "Saburtalo” ilə oyunlarda özünü göstərmək şansı qazanıb.
Mirağa