Ukrayna millisinin və Belçikanın "Gent" komandasının hücumçusu Roman Yaremçuk "Benfika" ilə müqavilə imzalayıb.
Fanat.Az Portuqaliya klubunun rəsmi saytına istinadən xəbər verir ki, forvard 5 illik müqaviləyə imza atıb.
Daha öncə oyunçunun "qartallar"a 15 milyon avroya başa gəldiyi barədə informasiya yayılsa da, "Benfika" məbləği açıqlamayıb.
Qeyd edək ki, "Gent"ə 2017-ci ildə Kiyev "Dinamo"sundan keçən Yaremçuk son mövsüm Belçika çempionatında 27 matça çıxıb. Bu görüşlərdə 15 qol vuran ukraynalı 5 qol ötürməsi ilə yadda qalıb.
Nihat