London "Arsenal"ının baş məşqçisi Mikel Arteta yarımmüdafiəçi Qranit Cakanın komandanı tərk etməyəcəyini açıqlayıb.
Fanat.Az xəbər verir ki, ispan çalışdırıcı TalkSPORT-a bu barədə iki cümlə deyib:
"Qranit komandada qalacaq. O, "Arsenal" üçün çox vacib oyunçudur".
Daha öncə Cakanın "Roma"ya keçəcəyi ilə bağlı informasiyalar yayılmışdı.
Nihat

Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol