Tokio 2020 Yay Olimpiya Oyunlarında rekord göstərici qeydə alınıb.
Fanat.Az xəbər verir ki, yunan-Roma güləşi üzrə 130 kiloqram çəki dərəcəsinin finalında gürcüstanlı Yakob Kacayanı 5:0 hesabı ilə məğlubiyyətə uğradan kubalı Mixain Lopez tarixə kişi güləşçilər arasında ilk dördqat Olimpiya çempionu kimi düşüb.
Yaponiyalı qadın güləşçi Kaori İçonun rekorduna şərik çıxan 39 yaşlı "klassik" buna qədər Pekin 2008, London 2012, Rio 2016-nın qalibi olub. O, həmçinin beşqat dünya, səkkizqat Panamerika çempionudur.
Qeyd edək ki, 130 kiloqram çəki dərəcəsində Tokio 2020-nin bürünc medallarına türkiyəli Rıza Kayaalp və Rusiya Olimpiya Komitəsinin(ROK) nümayəndəsi Sergey Semyonov sahib olub.
Sahib Əsədbəyli