"Roma" özbək hücumçu Eldor Şomurodovu heyətinə qatıb.
Fanat.Az İtaliya klubunun rəsmi saytına istinadən xəbər verir ki, Şomurodov müddəti 2026-cı ilin yayına qədər olan müqaviləyə imza atıb.
Daha öncə "Cenoa" forması geyinən forvard "canavarlar"ın sıralarında "14" nömrəli formada çıxış edəcək. Eldor başqa kluba satılacağı halda, "Roma" "Cenoa"ya müəyyən məbləğ ödəyəcək.
Özbəkistan millisinin üzvü "Cenoa"ya 2020-ci ildə Rusiyanın "Rostov" klubundan transfer olunmuşdu.
Geridə qalan mövsümdə A Seriyasında 31 matça çıxan Şomurodov 8 qol və 1 məhsuldar ötürmə ilə yadda qalıb. "Transfermarkt" portalı sözügedən oyunçunun transfer qiymətini 7 milyon avro ilə dəyərləndirir.
Nihat

Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol