Türkiyənin qadınlardan ibarət voleybol millisi Tokio 2020-də mübarizəni dayandırıb.
Fanat.Az xəbər verir ki, "ay-ulduzlular" 1/4 finalda Cənubi Koreya səddini keçə bilməyib.
İlk seti Türkiyə qazanıbsa, sonrakı setlər koreyalıların qələbəsi ilə başa çatıb. Dördüncü seti udan Covanni Quidettinin komandası tay-brekdə, 2 saat 17 dəqiqə davam edən mübarizənin yekununda yenilib - 2:3 (25:17, 17:25, 26:28, 25:18, 13:15).
Qeyd edək ki, Türkiyə millisi tarixdə ilk dəfə Olimpiya Oyunlarının 1/4 finalına yüksəlib.
Sahib Əsədbəyli