"Fənərbağça" heyətini yeni müdafiəçi ilə gücləndirməyə yaxındır.
Fanat.Az "Fanatik"ə istinadən xəbər verir ki, İstanbul nəhəngi Çinin "Beytszin Qoan" klubunda forma geyinən cənubi koreyalı Kim Min Jenlə anlaşıb.
Yazılanlara inansaq, 24 yaşlı mərkəz müdafiəçisi bu gün tibbi müayinədən keçmək üçün İstanbula gələcək.
Qeyd edək ki, Kim Min Jen "Beytszin Qoan"a 2019-cu ilin yanvarında Cənubi Koreyanın "Jeonbuk Hyundai Motors" klubundan transfer olunub.
Nihat

Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol