"Roma" "Real Sosyedad"ın hücumçusu Aleksandr İsakın xidmətində maraqlıdır.
Fanat.Az xəbər verir ki, məlumarı italyan jurnalist Nikolo Skira şəxsi "Twitter" səhifəsində yazıb.
Xəbərə görə, Roma təmsilçisi İsakı yaxın günlərdə "İnter"ə keçəcək Enid Cekonun yerinə gətirməyi planlaşdırır.
Ancaq "canavar"lar gənc futbolçu üçün yüksək məbləğ ödəmək məcburiyyətində qalacaqlar. Çünki isveçli forvard təzəliklə ispan klubu ilə müqaviləsini 2026-ci ilə qədər yeniləyib.
Röya

Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol