"Barselona"nın baş məşqçisi Ronald Kuman (Ronald Koeman) komandanın ulduz futbolçusu Lionel Messinin klubdan getməsinə münasibət bildirib.
Fanat.Az xəbər verir ki, bu barədə niderlandlı mütəxəssis klubun rəsmi saytına danışıb.
"Messi kimi bir oyunçu klubdan ayrılmasının hər kəs üçün çətin olması normaldır. Ancaq vəziyyəti dəyişə bilmərik, biz ancaq irəli doğru addım atmalıyıq. Yaxşı oynamalı, qalib olmalı və daha çox çalışmalıyıq. Onun mövqeyində oynamağı bacaracaq və komandada önəmli rol oynaya biləcək digər futbolçularımız var. Fakt budur ki, indi biz Messisizik və gələcəyə inamla baxmalıyıq ", - deyə 58 yaşlı məşqçi bildirib.
Emin Şəmsiyev

Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol