"Beşiktaş” heyətinə braziliyalı hücumçu qatıb.
Fanat.Az xəbər verir ki, İstanbul nəhəngi Aleks Teyşeyranı rənglərinə bağlayıb.
Məlumatı klubun mətbuat xidməti yayıb. Ötən gün Türkiyəyə gələn 31 yaşlı futbolçu yeni klubu ilə 3 illik müqavilə bağlayacaq. O, "qara qartallar”la azad agent statusuyla anlaşıb. Teyşeyra 900 min avro imza pulu alacaqsa, İstanbul klubunda keçirəcəyi hər mövsüm üçün 3 milyon avro qazanacaq.
Qeyd edək ki, Aleks Teyşeyra son olaraq Çinin "Jiangsu Suning” klubunda forma geyinib. O, bu komandanın heyətində son mövsümdə 20 oyuna çıxıb, 10 qol vurub, 4 məhsuldar ötürmə müəllifi olub.
Peşəkar karyerasına "Vasko da Qama”da başlamış Aleks 2010-2016-cı illər aralığında Ukraynanın "Şaxtyor”unda (Donetsk) forma geyinib. Ön xətt oyunçusu 2016-cı ildən Çində çıxış edirdi.
Nihat

Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol